AZERFAX TV

Gizli məlumatlara çıxışı yox imiş

ABŞ prezidenti Donald Trampın köməkçisi Natali Harpın bir il ərzində məxfi məlumatlara çıxış icazəsi olmadan Ağ Evdə çalışdığı üzə çıxıb.

AZERFAX.AZ xəbər verir ki, Harpın uzun müddət müvafiq təhlükəsizlik yoxlamasından keçmədən və məxfi məlumatlarla işləmək üçün icazə almadan fəaliyyət göstərdiyi bildirilib. Məlumata görə, o, lazımi sənədləri təqdim etməkdən imtina edib.

Məsələ Ağ Evin hüquq şöbəsinin diqqətinə çatdıqdan və Trampın müdaxiləsindən sonra Harp sənədləri dolduraraq federal yoxlamadan keçib və bundan sonra məxfi məlumatlara rəsmi çıxış icazəsi alıb.

Bu vəziyyət ABŞ-da ciddi siyasi müzakirələrə səbəb olub. Ağ Evin keçmiş etik məsələlər üzrə rəsmisi Norm Eyzen hadisəni “şokedici” adlandıraraq milli təhlükəsizlik baxımından narahatlıq doğurduğunu qeyd edib.

Harpın Trampa son dərəcə yaxın olduğu, ona sosial şəbəkə paylaşımlarının hazırlanmasında kömək etdiyi və prezident haqqında müsbət rəyləri çap edərək ona çatdırdığı bildirilib. ABŞ senatoru Con Ossoff da bu yaxınlarda Harpın adını çəkərək Trampı tənqid edib.

Ağ Evin sözçüsü Karolin Livitt isə Harpın hazırda məxfi məlumatlara çıxış icazəsinin olduğunu və prezident komandasının sadiq üzvü sayıldığını vurğulayıb.

Müəllif: Adəm

Related Articles

Bir cavab yazın

Back to top button