Ölkə

Azərbaycandan keçməklə Ermənistana növbəti yük göndərildi

Avqustun 21-də Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana növbəti tədarük həyata keçirilib.

AZERFAX.AZ xəbər verir ki, 11 vaqondan ibarət, çəkisi 1108 ton olan buğda və 4 vaqondan ibarət, çəkisi 273 ton olan arpa Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə göndərilib.

Qeyd edək ki, indiyədək Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana 47 min tondan çox taxıl, 9 min tonadək gübrə, 1136 ton propan, 133 ton alüminium, 1114 ton kömür və 67 ton taxta göndərilib.

Eyni zamanda, indiyədək Azərbaycandan Ermənistana 15 min tonadək dizel yanacağı, 5 min tona yaxın Aİ-92 və Aİ-95 benzini ixrac olunub.

Related Articles

Bir cavab yazın

Back to top button