AZERFAX TV

Hacıqabulda ağır qəza – 21 nəfər xəsarət aldı(VİDEO)

Hacıqabulda avtoqəza baş verib. Yol-nəqliyyat hadisəsi zamanı 21 nəfər xəsarət alıb.

AZERFAX.AZın məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun rayonun Muğan kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Zaqatala-Bakı marşrutu üzrə hərəkətdə olan sərnişin avtobusu aşıb. Qəza nəticəsində 21 nəfər müxtəlif dərəcəli xəsarət alıb. Onlardan 7-si Hacıqabul, 14-ü isə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb.

Hazırda Xəsarət alanların şəxsiyyəti müəyyənləşdirilir. Faktla bağlı araşdırma aparılır.

Related Articles

Bir cavab yazın

Back to top button