AZERFAX TV

“Harri Potter”in ulduzu vəfat etdi

“Coronation Street” serialının və “Harri Potter və Ölüm Hədiyyələri” filminin ulduzu Maykl Birn 83 yaşında vəfat edib.

AZERFAX.AZ xəbər verir ki, bu barədə “Daily Star” nəşri məlumat yayıb.

Britaniyalı artistin ölümü onun yaxınları tərəfindən təsdiqlənib.

Kino sahəsindəki uzun karyerası ərzində Birn “Cəsur ürək”, “Sabah heç vaxt ölməyəcək”, “Bacarıqlı şagird”, “İndiana Cons və son səlib yürüşü” filmlərində rol alıb.

Harri Potter haqqında olan kino saqada o, sehrbaz Gellert Qrindervalv rolunu canlandırıb.

Maykl Birndən geriyə aktyorun ömrünün son günlərində ona qulluq edən keçmiş həyat yoldaşı Kerol, eləcə də iki qızı — Tara və Brayoni, və üç nəvəsi — Tom, Xloya və Jasmin qalıb.

Hüseyn İbadlı

Related Articles

Bir cavab yazın

Back to top button