Özəl şirkətlər ƏDV hesablarındakı vəsaiti DSMF-yə yönəldə biləcək

Azərbaycanda neft-qaz sektorunda fəaliyyət göstərməyən özəl şirkətlər üçün ƏDV depozit hesablarındakı vəsaitlərin bir hissəsinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna (DSMF) yönəldilməsi imkanı yaradılır.
AZERFAX.AZ xəbər verir ki, bu müddəa Vergi Məcəlləsinə dəyişiklikləri nəzərdə tutan qanun layihəsində əks olunub.
Layihə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.
Sənədə əsasən, yeni mexanizm 2027-ci il yanvarın 1-dən etibarən 4 il müddətində tətbiq olunacaq. Mexanizmin tətbiq qaydaları və şərtləri isə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum tərəfindən təsdiqlənəcək.
Qanun layihəsinin məqsədi vergi ödəyicilərinin ƏDV depozit hesablarındakı vəsaitlərdən istifadə imkanlarını genişləndirmək, sosial öhdəliklərin yerinə yetirilməsi üçün əlavə maliyyə resursları formalaşdırmaq və nəticədə qeyri-neft-qaz sektorunda fəaliyyət göstərən özəl sahibkarlıq subyektlərinə dəstək verməkdir.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



