AZERFAX TV

İnfantino rəsmən açıqladı: Yenə prezident olacaq?

FİFA prezidenti Canni İnfantino hazırkı səlahiyyət müddəti 2027-ci ildə başa çatdıqdan sonra yenidən təşkilata rəhbərlik etmək üçün namizəd olacağını açıqlayıb.

AZERFAX.AZ xəbər verir ki, o, bunu Vankuverdə keçirilən FİFA-nın illik konqresində bildirib. “Gələn il keçiriləcək FİFA prezident seçkilərində namizəd olacağımı təsdiqləmək istəyirəm”, – deyə İnfantino çıxışında qeyd edib.

Hazırda o, bir neçə qitə konfederasiyasının – xüsusilə Afrika, Asiya və Cənubi Amerika futbol qurumlarının dəstəyini qazanıb. Bu təşkilatlar artıq onun yenidən seçilməsini açıq şəkildə dəstəklədiklərini bəyan ediblər.

İnfantino 2016-cı ildən FİFA-ya rəhbərlik edir. O, 2019 və 2023-cü illərdə rəqibsiz şəkildə iki dəfə yenidən prezident seçilib.

Müəllif: Heybət

Related Articles

Bir cavab yazın

Back to top button