Rusiya Qazaxıstan neftinin tranzitini dayandırdı: Ümid Xəzərə qaldı

Rusiya mayın 1-dən etibarən Qazaxıstan neftinin “Drujba” magistral neft kəməri ilə Almaniyaya tranzitini dayandıracaq.
AZERFAX.AZ xəbər verir ki, bu barədə Rusiya Baş nazirinin müavini Aleksandr Novak bildirib.
“Bu, mövcud texniki imkanlarla bağlıdır”, – o bildirib.
Qazaxıstan Energetika Nazirliyinin rəsmi nümayəndəsi və nazirin müşaviri Asel Serikpaeva bildirib ki, may ayında “Drujba” sistemi ilə nəqlin dayandırılması səbəbindən respublika 260 min ton nefti alternativ marşrutlara – Ust-Luqa limanına (Baltik dənizi) və Xəzər Boru Kəməri Konsorsiumu (XBKK) sisteminə yönləndirəcək.
“Biz vurğulayırıq ki, nəql marşrutlarındakı dəyişikliklər illik neft hasilatı planının icrasına təsir göstərmir. Mövcud nəqliyyat infrastrukturu Qazaxıstana sabit ixracı və qlobal bazarlara xammalın fasiləsiz tədarükünü tam təmin etməyə imkan verir”, – deyə o qeyd edib.
Müəllif: Tural



