AZERFAX TV

İrəvan üçün “yaşıl işıq” yandırıla bilər

Ermənistan tərəfi sanitariya yoxlamalarına dair hesabat təqdim edəcəyi təqdirdə, Rusiya bu ölkədən məhsul idxalını bərpa etməyə hazırdır.

AZERFAX.AZ xəbər verir ki, bu barədə “İzvestiya” qəzetinə “Rosselxoznadzor”dan bildirilib.

““Rosselxoznadzor” Ermənistan tərəfindən araşdırmanın nəticələrini, görülmüş tədbirlər barədə məlumatı, həmçinin Avrasiya İqtisadi İttifaqının (Aİİ) baytarlıq və fitosanitariya tələblərinə riayət olunması ilə bağlı Ermənistan tərəfinin təklif etdiyi fəaliyyət alqoritmini gözləyir”, – deyə Rusiya Federasiyasının məhdudiyyətləri nə vaxt yumşaltmağa və ya ləğv etməyə hazır olacağı ilə bağlı sualı cavablandırarkən qurumdan nəşrə bildirilib.

Ermənistan məhsullarının Rusiyaya tədarükü ilə bağlı problemlər hələ mayın sonlarında başlayıb. “Rosselxoznadzor” baytarlıq və fitosanitariya tələblərinin pozulmasını əsas gətirərək müxtəlif kateqoriyalı malların idxalına mərhələli şəkildə məhdudiyyətlər tətbiq edib. Qadağaya ardıcıl olaraq çiçəklər, tərəvəzlər, meyvələr, balıq məhsulları, daha sonra isə Ermənistan mənşəli demək olar ki, bütün karantin nəzarətində olan məhsullar düşüb. İyulun 27-dən Rusiya Ermənistanın süd məhsulları üçün də bazarını tamamilə bağlayıb.

Hüseyn İbadlı

Related Articles

Bir cavab yazın

Back to top button