İrəvandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Yolunu tapacağıq

Yeni Konstitusiyanın qəbul edilməsi gündəliyi təxirə salınmayacaq.
AZERFAX.AZ xəbər verir ki, bu barədə 19 iyun tarixində Milli Məclisdə keçirilən ənənəvi brifinqlərdə hakim “Mülkü Müqavilə” Partiyasının parlament fraksiyasının katibi Artur Ovannisyan konstitusiya çoxluğu tələb edən təşəbbüslərin dayandırıla biləcəyi və ya hakim partiyanın onları həyata keçirmək üçün başqa hüquqi vasitələr axtarıb-axtarmayacağı ilə bağlı suala cavab olaraq bildirib.
“Heç nə dayandırılmayacaq. Gündəliyimizə uyğun olaraq irəliləməyə davam edəcəyik”, – deyə Ovannisyan bildirib.
Onun sözlərinə görə, müəyyən çətinliklər yaranıb, lakin hakim partiya proqram məqsədlərinin həyata keçirilməsi üzərində işləməyə davam edəcək.
“Biz gündəliyimizdən yayınmayacağıq və bunun üçün hüquqi həllər tapacağıq. Sizi əmin edirəm ki, bunun üçün həm hüquqi, həm də siyasi həllər mövcuddur”, – deyə Artur Ovannisyan vurğulayıb və əlavə edib ki, bu həllər yeni Milli Assambleyanın formalaşmasından sonra daha aydın olacaq.
Müəllif: Tural



