İkardi məhkəməyə verildi: 8 milyon borcu var

“Qalatasaray”ın ulduz futbolçusu Mauro İkardi İstanbulda kirayələdiyi lüks villa üzündən ev sahibi ilə məhkəməlik olub.
AZERFAX.AZ yerli mediaya istinadla xəbər verir ki, şəhərin Göktürk səmtində illik kirayə haqqı 504 min dollar olan malikanədə yaşayan argentinalı hücumçu müqavilənin başa çatmasına 4 ay qalmış evi boşaldıb. Mülk sahibi olan şirkət ulduz futbolçudan qalan 4 ayın kirayə haqqı olaraq təxminən 8 milyon türk lirəsi tələb edib.
Borcun ödənilməməsi səbəbindən İkardiyə qarşı icra təqibi başladılsa da, futbolçunun vəkilləri bu qərara etiraz ediblər. Qarşı tərəfin etirazın ləğv edilməsi üçün İstanbul Sulh Hukuk Məhkəməsinə müraciət etməsindən sonra məsələ rəsmən məhkəmə müstəvisinə daşınıb.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



