AZERFAX TV
İstanbulda İŞİD terrorçusu öldürüldü

İstanbulda polislə atışmada İŞİD terror qruplaşmasının terror aktı planlaşdıran yaraqlısı zərərsizləşdirilib.
AZERFAX.AZ xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.
Qeyd olunub ki, İstanbul Polisi Əks-Terror Şöbəsi Sultanbəyli rayonunda İŞİD ilə əlaqəsi olan və respublikada terror aktı planlaşdıran 21 yaşlı kişinin saxlanılması üzrə əməliyyat keçirib.
Atışma nəticəsində bir vətəndaş xəsarət alıb. Hadisə ilə bağlı araşdırmaya başlanılıb.



