Ölkə

FIFA və UEFA arasında nə baş verir?

FIFA UEFA-nı təşkilat rəhbərliyinə qarşı böhtan xarakterli kampaniya aparmaqda ittiham edib.

AZERFAX.AZ xəbər verir ki, qurumun açıqlamasına görə, mediada yayılan iddialar FIFA-ya təzyiq göstərmək məqsədi daşıyır.

Mübahisə FIFA prezidenti Canni İnfantinonun dünya futbol yarışlarının kommersiya hüquqları ilə bağlı yeni layihəsi ətrafında yaranıb. UEFA və bəzi digər konfederasiyalar bu təşəbbüsə qarşı çıxsa da, bir sıra milli federasiyalar layihəyə dəstək verib.

İddialara görə, plan FIFA üçün milyardlarla dollar həcmində əlavə gəlir imkanları yarada bilər. Layihə isə futbol qurumları arasında fikir ayrılığına səbəb olub.

Related Articles

Bir cavab yazın

Back to top button