AZERFAX TV

Kənan Yıldızla bağlı son xəbər: Bu tarixdə qayıdacaq

Turin “Yuventus”unun türkiyəli yarımmüdafiəçisi Kənan Yıldız ayağından əməliyyat olunub.

AZERFAX.AZ xəbər verir ki, bu barədə İtaliya klubunun mətbuat xidməti məlumat yayıb.

Əməliyyat onun sol ayağında sınıq olan metatarsal sümüyün müalicəsi üçün lazım idi. Həkimlər Yıldızın üç ay yaşıl meydanlardan kənarda qalacağını, yəni cinah yarımmüdafiəçisinin bu ilin dekabr ayına qədər meydana qayıda bilməyəcəyini proqnozlaşdırırlar.

Kenan Seriya A-nın ilk turunda “Frosinone” ilə oyundan (1:0 hesablı qələbə) sonra ayağında ağrı hiss edib.

Kənan Yıldız 2022-ci ilin yayında “Bayern” akademiyasından azad agent kimi ayrılaraq “Yuventus”a keçib.

Ötən mövsüm oyunçu bütün yarışlarda 47 oyun keçirib, 11 qol vurub və 10 məhsuldar ötürmə edib. Bu ilin fevral ayında 21 yaşlı cinah oyunçusu “Yuventus”la müqaviləsini 2030-cu ilin yayına qədər uzadıb. “Transfermarkt” onun dəyərini 75 milyon avro qiymətləndirir.

Related Articles

Bir cavab yazın

Back to top button