Ölkə

“Brexit” iqtisadi problemləri daha da dərinləşdirdi

Böyük Britaniyanın Baş naziri Endi Börnhem ölkədə son on ildə iqtisadi artımın zəifləməsinin səbəblərindən biri kimi “Brexit”i göstərib.

AZERFAX.AZ BBC-yə istinadən xəbər verir ki, Börnhem parlamentdə baş nazir kimi ilk çıxışında bildirib ki, Böyük Britaniya 1980-ci illərdən etibarən siyasi və iqtisadi idarəetmədə bir sıra yanlış qərarlar qəbul edib. Onun sözlərinə görə, sənayesizləşmə və sərt qənaət siyasəti də ölkənin inkişafına mənfi təsir göstərib.

Baş nazir qeyd edib ki, “Brexit” mövcud problemləri daha da dərinləşdirərək aşağı iqtisadi artım dövrünün uzanmasına səbəb olub.

Börnhəmin sözlərinə görə, hökumətin əsas prioritetləri iqtisadiyyatın gücləndirilməsi və yaşayış xərclərinin azaldılmasıdır. O, elektrik enerjisi ödənişləri üzrə ƏDV-nin, eləcə də pab, klub və musiqi məkanları üçün biznes vergilərinin azaldılacağını, avtobus tariflərinə isə yuxarı hədd qoyulacağını açıqlayıb.

Baş nazir həmçinin mərkəzi hökumətin bəzi səlahiyyətlərinin yerli idarəetmə orqanlarına ötürüləcəyini və əsas xidmətlər üzərində dövlət nəzarətinin gücləndiriləcəyini bildirib.

Related Articles

Bir cavab yazın

Back to top button