AZERFAX TV

Kirkorov tanınmaz halda: Yeni təbəssümü üçün görün nə qədər pul xərclədi

Rusiyanın məşhur müğənnisi Filipp Kirkorov xarici görünüşündə növbəti dəfə dəyişiklik etdirib.

AZERFAX.AZ xəbər verir ki, sənətçi Moskva klinikalarından birində 28 dişinə vinir quraşdırır. Onlardan ikisi isə brilyant D-vinirlərlə əvəz olunacaq.

Məlumata görə, Kirkorovun dişləri artıq yonulub və ona yekun nəticəni əks etdirən müvəqqəti vinirlər taxılıb. Müğənninin yeni təbəssümündən razı qaldığı bildirilir.

Stomatoloqların sözlərinə görə, Moskva klinikalarında bir vinirin qiyməti 35-60 min rubl (təxminən 749-1284 manat) arasında dəyişir. Bu halda yalnız 28 vinirin minimum dəyəri 980 min rubl (təxminən 20 970 manat) təşkil edir. Brilyant D-vinirlərin hər biri isə ən azı 170 min rubl (təxminən 3 637 manat) qiymətləndirilir.

Beləliklə, Kirkorovun “Hollivud təbəssümü”nün ümumi dəyərinin 1,3 milyon rubldan (təxminən 27 800 manat) çox olduğu bildirilir.

Qeyd edək ki, müğənni yayın əvvəlindən xarici görünüşündə dəyişikliklər etməyə başlayıb. O, gələn ilin aprelində qeyd etməyi planlaşdırdığı 60 illik yubileyinə hazırlaşır.

Adəm

Related Articles

Bir cavab yazın

Back to top button