AZERFAX TV

Kompaninin deputat atasından jest: Parlamentdə bu addımı atdı

“Bayern”in baş məşqçisi Vinsen Kompaninin atası Pyer Kompani oğluna jest edib.

AZERFAX.AZ xəbər verir ki, siyasətçi deputatı olduğu Belçikanın paytaxtı Brüssel şəhərinin parlamentinə Almaniya təmsilçisinin şərfi ilə gəlib.

O, bununla Çempionlar Liqasının 1/4 finalda “Real”ı üstələyərək (2:1, 4:3) yarımfinala adlayan bavariyalıların çalışdırıcısı olan oğluna həm dəstək olub, həm də onun sevincini bölüşüb.

Qeyd edək ki, “Bayern” yarımfinalda PSJ-yə rəqib olub.

Heybət

Related Articles

Bir cavab yazın

Back to top button