AZERFAX TV

O, Asiyanın ən varlı adamı oldu

Hindistanlı milyarder Qautam Adani Asiyanın ən varlı adamı olub.

AZERFAX.AZ xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.

Bildirilib ki, Adaninin sərvəti 92,6 milyard dollara çatıb və o, bununla dünyanın ən varlı şəxsləri siyahısında 19-cu pillədə qərarlaşıb.

Qeyd olunub ki, bundan əvvəl regionun ən varlı şəxsi olan Mukeş Ambani mövqeyini itirərək ikinci yerə düşüb. O, qlobal reytinqdə 20-ci sırada yer alıb.

2026-cı ildə səhm bazarındakı dəyişikliklər də milyarderlərin sərvətinə ciddi təsir göstərib. Belə ki, “Adani Group” şirkətinin aktivləri 8,1 milyard dollar artıb.

Müəllif: Roza

Related Articles

Bir cavab yazın

Back to top button