AZERFAX TV

Məktəbdə qətliam törədən yeniyetmənin fotosu

Türkiyənin Kahramanmaraş şəhərində məktəbdə qətliam törədən yeniyetmənin fotosu yayımlanıb.

AZERFAX.AZ bildirir ki, Ayser Çalık orta məktəbinin səkkizinci sinif şagirdi İsa Aras Mersinli atasına məxsus silahı çantasına gizlədərək məktəbə gətirib və atəş açıb. Hücum nəticəsində biri müəllim olmaqla, 9 nəfər həlak olub, 20 nəfər yaralanıb.

Hücumu törədən yeniyetmə daha sonra özünü güllələyərək intihar edib. Hadisədən sonra yeniyetmənin atası Uğur Mersinli saxlanılıb.

Faktla bağlı istintaq davam edir.

Related Articles

Bir cavab yazın

Back to top button