AZERFAX TV

Makron və Tramp hərəkətə keçir: Ukraynada zərbələr dayandırıla bilər

Fransa prezidenti Emmanuel Makron ABŞ prezidenti Donald Trampla görüşündən sonra Ukraynanın enerji və mülki infrastrukturuna zərbələrə moratorium tətbiq olunması üçün birgə səylər göstərəcəklərini açıqlayıb.

AZERFAX.AZ xəbər verir ki, Makron bu barədə sentyabrın 22-nə keçən gecə “X” sosial şəbəkəsində paylaşım edib.

Fransa lideri Trampla Nyu-Yorkda, BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində görüşüb. Makron bildirib ki, mülki əhali qorunmalı, Rusiya ilə Ukrayna arasında sülh şərtləri ilə bağlı ciddi danışıqlara mümkün qədər tez başlanmalıdır.

Makron jurnalistlərə açıqlamasında Trampla Ukrayna məsələsi üzrə “çox yaxşı” və “çox konstruktiv” müzakirə apardıqlarını deyib. Onun sözlərinə görə, tərəflər Kiyevin müdafiə qabiliyyətinin gücləndirilməsinə kömək göstərilməsinin zəruriliyi ilə razılaşıblar.

Fransa prezidenti Ukraynanın enerji sisteminə yardımın prioritet olaraq qaldığını vurğulayıb. O qeyd edib ki, müharibənin davam etməsi bütün Avropanın təhlükəsizliyinə təsir göstərir və BMT Baş Assambleyası çərçivəsində bu məsələdə irəliləyiş əldə olunacağına ümid edir.

Müəllif: Adəm Abbaslı

Related Articles

Bir cavab yazın

Back to top button