Ölkə
Azərbaycanda ictimai iaşə dövriyyəsi artıb


Bu ilin yanvar-avqust aylarında ölkə üzrə ictimai iaşə dövriyyəsi 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 8 faiz artaraq 2031,0 milyon manat olub.
AZERFAX.AZ xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Özəl sektorda ictimai iaşə dövriyyəsinin 50,1 faizi hüquqi şəxslərin, 49,9 faizi isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin payına düşüb.
Hüquqi şəxslər üzrə dövriyyə 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 6,4 faiz artaraq 1012,1 milyon manat təşkil edib.



