AZERFAX TV

Medvedev: “Tehran bu müharibəni uduzmadı!”

ABŞ-ın dağıdıcı zərbələrinə və İran liderinin öldürülməsinə baxmayaraq, Tehran müharibəni uduzmadı.

AZERFAX.AZ xəbər verir ki, bu barədə Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev “Maks” sosial şəbəkəsində yazıb.

“Sözlərdən ibarət boşboğazlığı bir kənara qoysaq görərik ki, Tehran yumşaq desək, İran liderinin öldürülməsinə və dağıdıcı raket zərbələrinə baxmayaraq, bu müharibəni Vaşinqtona uduzmadı”, – deyə o yazıb.

Siyasətçi həmçinin qeyd edib ki, üçüncü tərəf olan İsrail də istədiyini əldə etməyib. Buna görə də Təl- Əviv Trampın vədlərinə və fərmanlarına baxmayaraq qisas almağa davam edəcək. Medvedev Netanyahunun bütün siyasətinin müharibəyə əsaslandığını, siyasətçinin döyüşləri dayandırmayacağını qeyd edib.

Müəllif: Tural

Related Articles

Bir cavab yazın

Back to top button