Meloni çirkin şantajla üz-üzə – Xanım baş nazir həyəcan təbili çaldı

İtaliya Baş naziri Ciorcia Meloni internetdə süni intellekt vasitəsilə yaradılmış alt paltarında olan görüntülərinin yayımlanmasından sonra dipfeyklərin təhlükəsi barədə bəyanat verib.
AZERFAX.AZ xəbər verir ki, İtaliya hökumətinin rəhbəri öz paylaşımına həmin saxta şəkli əlavə edərək bildirib ki, son günlər şəbəkədə süni intellektlə hazırlanan və bəzi qatı rəqibləri tərəfindən real görüntü kimi təqdim edilən bir neçə saxta fotosu dolaşmaqdadır.
Siyasətçinin sözlərinə görə, dipfeyki yaradan şəxs bu şəkillərdə onu xeyli gözəlləşdirib. Bununla yanaşı, o vurğulayıb ki, hücum etmək və yalan yaymaq üçün bütün üsullardan istifadə olunur.
Bu səbəbdən Meloni dipfeykləri təhlükəli alət adlandıraraq qeyd edib ki, onlar hər kəsi aldada, manipulyasiya edə və hər kəsə zərər verə bilər. Baş nazir özünü qoruya bildiyini, lakin bir çox insanın bunu bacarmadığını əlavə edib.
Hüseyn İbadlı



