AZERFAX TV

Norveç Fələstinə 13 milyon dollar yardım göndərəcək

Norveç hökuməti Fələstində mülki əhalinin ehtiyacları üçün 13 milyon dollar yardım ayırıb.

AZERFAX.AZ xəbər verir ki, bu barədə Norveçin xarici işlər naziri Espen Barth Eide məlumat verib.

Nazir bildirib ki, fələstinlilər üçün beynəlxalq dəstək heç vaxt olmadığı qədər vacibdir. Onun sözlərinə görə, yardım Birləşmiş Millətlər Təşkilatı (BMT) və Dünya Bankı vasitəsilə çatdırılacaq.

Eide İsrail ordusunun işğal altındakı İordan çayının Qərb sahilindəki fəaliyyətlərini də dərin narahatlıqla izlədiklərini qeyd edib.

Norveç mətbuatının məlumatına görə, ölkə 2026-cı ildə Fələstin əhalisinə ümumilikdə 105 milyon dollardan çox yardım göndərib.

Müəllif: Roza

Related Articles

Bir cavab yazın

Back to top button