Oğlu tərəfindən qətlə yetirilən 48 yaşlı qadının fotosu

Gəncədə 48 yaşlı Qərənfil Muxtarovanın qətlinin bəzi təfərrüatı məlum olub.
AZERFAX.AZ Teleqraf-a istinadən xəbər verir ki, qadının ilk olaraq xəstəlikdən vəfat etdiyi güman edilib.
Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin mütəxəssiləri isə qadının boğularaq qətlə yetirilməsinə dair rəy veriblər.
Onu 24 yaşlı oğlu Elgün Mirzəyevin öldürdüyü ehtimal olunur.
Məlumat üçün bildirək ki, mərhum əslən Kəlbəcər rayonundandır. Gəncədə Yeni Qəsəbə adlanan ərazidə tək yaşayıb. O, Kəlbəcər Xəstəxanasında tibb bacısı işləyirmiş.
***
Gəncədə oğul anasını qətlə yetirməkdə şübhəli bilinir.
AZERFAX.AZ Teleqraf-a istinadən xəbər verir ki, hadisə Kəlbəcər rayon sakinlərinin məskunlaşdığı Yeni Qəsəbə adlanan ərazidə baş verib.
1978-ci il təvəllüdlü Qərənfil Muxtarova evində boğularaq öldürülüb. İlkin ehtimala görə, qadını oğlu 2002-ci il təvəllüdlü Elgün Mirzəyev qətlə yetirib.
Hadisə yerinə polis və prokurorluq orqanı əməkdaşları cəlb edilib.
Faktla bağlı Kəlbəcər rayon Prokurorluğunda araşdırma başlanılıb.



