Azərbaycan millisi Portuqaliyanı məğlub edib

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Bakının da ev sahibliyi etdiyi Avropa çempionatında mübarizəyə başlayıb.
AZERFAX.AZ xəbər verir ki, Faiq Qarayevin başçılıq etdiyi yığma C qrupunun ilk oyununda Portuqaliya ilə qarşılaşıb. Milli Gimnastika Arenasında təşkil olunan görüş milli komandanın 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Azərbaycan millisi qrupda növbəti görüşünü avqustun 23-də eyni məkanda İspaniya seçməsinə qarşı keçirəcək.
Qeyd edək ki, C qrupunda Azərbaycan və Portuqaliya yığmaları ilə yanaşı, Niderland, İspaniya, Belçika və Rumıniya komandaları da mübarizə aparır. Bu qrupun matçlarına avqustun 28-də yekun vurulacaq.
19:00
Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Bakının da ev sahibliyi etdiyi Avropa çempionatında mübarizəyə başlayıb. Faiq Qarayevin başçılıq etdiyi yığma C qrupunun ilk oyununda Portuqaliya ilə qarşılaşır. Milli Gimnastika Arenasında təşkil olunan görüş saat 19:00-da start götürüb.