AZERFAX TV
Paytaxtın bu ərazilərində yol hərəkəti dəyişir

Paytaxtın Nəsimi rayonu, Həsən Əliyev küçəsinin Tbilisi prospekti ilə kəsişməsi ilk dəfə svetoforlarla tənzimlənəcək.
Bu barədə AZERFAX.AZ-a Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinndən (NİİM) məlumat verilib.
Bildirilib ki, Yasamal rayonu, Şəfayət Mehdiyev küçəsi ilə Tbilisi prospektinin kəsişməsində də piyadaların təhlükəsizliyi təmin olunacaq. Artıq DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi tərəfindən bu istiqamətdə işlərə başlanılıb.
7-si “L”, 8-i “A” tipli olmaqla ümumilikdə 15 ədəd svetofor dirəyinin quraşdırılması işləri hazırda davam etdirilir.
Görülən işlər Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin layihəsi çərçivəsində hərəkətin təşkilində edilən dəyişikliklə bağlıdır.



