AZERFAX TV
Pentaqon yaralanan Amerika hərbçilərinin sayını açıqladı

İranla münaqişə zamanı yaralanan ABŞ hərbçilərinin ümumi sayı 687 nəfər təşkil edib.
AZERFAX.AZ xəbər verir ki, bu rəqəmi Pentaqonun məlumatlarının təhlili əsasında “RİA Novosti” açıqlayıb.
Xüsusilə, ABŞ Prezidenti Donald Trampın administrasiyasının mayın 5-də başa çatdığını elan etdiyi “Epik qəzəb” əməliyyatı zamanı 417 hərbçi xəsarət alıb. İrana qarşı iyulun 7-də başlayan yeni əməliyyatlar seriyası zamanı daha 270 döyüşçü yaralanıb.
Hüseyn İbadlı



