AZERFAX TV

Peşə təhsilindən karyeraya: 11 gənc ADY ailəsinə qoşuldu

Azərbaycan Dəmir Yolları ilə Dəmir Yolu və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi arasında əməkdaşlıq çərçivəsində həyata keçirilən elektrik qatarının maşinist köməkçisi hazırlığı proqramı uğurla başa çatıb.

AZERFAX.AZ xəbər verir ki, proqram çərçivəsində maşinist ixtisası üzrə təhsil alan tələbələr arasından seçim əsasında qrup formalaşdırılıb.

ADY-nin peşəkar əməkdaşları tərəfindən keçirilən nəzəri və praktiki təlimləri uğurla başa vuran iştirakçılar maşinist köməkçisi vəsiqəsi almaq üçün müsabiqədə iştirak ediblər.

Müsabiqənin nəticələrinə əsasən, 11 namizəd ADY-də işə qəbul olunub. Yeni əmək fəaliyyətinə başlayacaq namizədlərlə görüş keçirilib, onlara maşinist köməkçisi vəsiqələri təqdim olunub. Yeni əməkdaşları ADY kollektivinə qoşulmaları münasibətilə təbrik ediblər.

Qeyd edək ki, ADY ilə Dəmir Yolu və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi arasında imzalanmış memorandum çərçivəsində mərkəzin tələbələri hər il ADY-də istehsalat təcrübəsi keçirlər. Təcrübə müddətində tələbələrin bilik və bacarıqları qiymətləndirilir, uğurlu nəticə göstərən məzunlar isə mövcud vakant vəzifələr üzrə işlə təmin olunurlar.

Related Articles

Bir cavab yazın

Back to top button