AZERFAX TV

“Qarabağ” – “Tvente” oyunundan əvvəl fan-zona təşkil olunacaq

UEFA Konfrans Liqasının pley-off mərhələsində “Qarabağ”ın rəqibi Niderlandın “Tvente” klubu olacaq.

AZERFAX.AZ xəbər verir ki, azarkeşlər üçün oyunöncəsi Tofiq Bəhramov adına Respublika stadionunun qarşısında “Azərsun Holdinq”in təşkilatçılığı ilə xüsusi fan-zona fəaliyyət göstərəcək. Avqustun 27-də saat 18:00-dan etibarən başlayacaq proqram çərçivəsində futbolsevərləri müxtəlif əyləncəli oyunlar, DJ çıxışı və maraqlı fəaliyyətlər gözləyir.

Fan-zonaya gələn qonaqlar “Azərsun Holdinq”in müxtəlif markalarının məhsullarından da dadmaq imkanı əldə edəcəklər. “Azərçay”, “Joyzz”, “Zeytun Bağları”, “Bizim Süfrə”, “Azərsüd”, “Shokki Mokki” və “Bizim Tarla” markaları azarkeşlərə öz məhsullarını təqdim edəcək.

Xatırladaq ki, “Qarabağ” futbol klubu 2001-ci ildən “Azərsun Holdinq”in dəstəyi ilə fəaliyyətini davam etdirir. Bu əməkdaşlıq illəri ərzində klub həm ölkə futbolunda, həm də beynəlxalq arenada mühüm nailiyyətlərə imza ataraq Azərbaycan idmanının tarixində xüsusi yer qazanıb.

AZERFAX.AZ

Related Articles

Bir cavab yazın

Back to top button