Ölkə
Subbakalavrların ali məktəblərə qəbulunda azalma qeydə alındı


Subbakalavrlar 30 müxtəlif ali təhsil müəssisəsinə qəbul olublar.
AZERFAX.AZ xəbər verir ki, bu barədə DİM məlumat yayıb.
Bildirilib ki, bu il ali təhsil müəssisələrinə qəbul olunan subbakalavrların sayı 4215-dir və ötənilki göstəricidən 2246 nəfər daha azdır.
“Ali təhsil müəssisələrinin qəbul planı və onların dolma faizinə baxdıqda Azərbaycan Texnologiya Universitetinə qəbul olunanların 28.67%-nin (412 nəfər), Mingəçevir Dövlət Universitetinə qəbul olunanların 25.22%-nin (433 nəfər), Lənkəran Dövlət Universitetinə qəbul olunanların isə 23.28%-nin (474 nəfər) subbakalavr olduğunu görərik”, – DİM-in məlumatında qeyd olunub.



