AZERFAX TV
Skaloni qalır? – Prezident açıqladı

Argentina Futbol Assosiasiyasının (AFA) prezidenti Klaudio Tapia Argentina millisinin baş məşqçisi Lionel Skaloninin gələcəyi ilə bağlı danışıb.
AZERFAX.AZ xəbər verir ki, “TyC Sports” Tapianın sözlərini sitat gətirib:
“Lioneli çox sevirəm. O, burada çətin günlər keçirib. Hamımız onun qalmasını istəyirik. Danışıqlar çox irəliləyib. Mənim A, B və C planlarım Skalonidir”.
Skaloni 2018-ci ildən bəri Argentina milli komandasını çalışdırır. Onun rəhbərliyi altında komanda 2021-ci ildə Amerika Kubokunu, 2022-ci ildə Dünya Kubokunu və 2024-cü ildə Amerika Kubokunu qazanıb. 48 yaşlı mütəxəssisin milli ilə müqaviləsi 2026-cı ilin sonunda başa çatır. Daha əvvəl onun milli komandadan ayrıla biləcəyi bildirilirdi.



