AZERFAX TV
Taliban ABŞ-ı Əfqanıstana dəvət etdi

Hazırda Əfqanıstanda hakimiyyətdə olan “Taliban” hərəkatı ABŞ-ı ölkəyə dəvət edib.
AZERFAX.AZ “The New York Times”a istinadla xəbər verir ki, Əfqanıstanın xarici işlər naziri Əmir Xan Müttəqi Vaşinqtonu səfirliklərin açılmasına və investisiyaların bərpasına çağırıb.
“Biz inanırıq ki, müharibə ilə bağlı fəsil başa çatıb və indi qarşılıqlı hörmətə əsaslanan münasibətlər, müsbət qarşılıqlı fəaliyyətin yeni bir fəslini istəyirik”, – diplomat bildirib
O, ABŞ-ın diplomatik nümayəndəliyini saxlaya və mədənlərə, bəndlərə, eləcə də yollara investisiya qoya biləcəyini bildirib.
Hüseyn İbadlı



