Ölkə

Ucarda yol qəzası – Ölənlər var

Ucarda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

AZERFAX.AZ-ın bölgə müxbirinin verdiyi məlumata görə, hadisə Bakı-Qazax magistralının rayonun Ramal kəndindən keçən hissəsində qeydə alınıb. Hərəkət etməkdə olan “KamAZ” markalı yük maşını ilə “Ford” markalı yük maşını toqquşub.

İlkin verilən məlumata görə, qəza zamanı iki nəfər hadisə yerində həyatını itirib. Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən meyitlər avtomobillərdən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Related Articles

Bir cavab yazın

Back to top button