Tramp Superintellekt Qüvvələrinin yaradıldığını elan etdi

ABŞ Prezidenti Donald Tramp Ağ Ev Administrasiyası daxilində Superintellekt Qüvvələrinin (Super Intelligence Force, SIF) yaradıldığını elan edib.
AZERFAX.AZ xəbər verir ki, bu barədə özünün “Truth Social” sosial media səhifəsində məlumat verib.
Dövlət başçısı bildirib ki, bundan əvvəl Ağ Evdə dünyanın ən vacib texnologiya şirkətlərinin Amerika xalqına olan öhdəliklərini bir daha təsdiqlədiyi tarixi müqavilə imzalanıb.
Siyasətçi danışıb ki, bölmə administrasiyanın istehlakçılarla, ictimai maraqların müdafiəsi qrupları, dini təşkilatlar, kritik vacib infrastruktur təchizatçıları və superintellekt sahəsində fəaliyyət göstərən şirkətlərlə qarşılıqlı əlaqəsini əlaqələndirəcək.
Tramp bəyan edib ki, Superintellekt Qüvvələrinə Milli Kəşfiyyatın direktoru Cey Kleyton, Federal Ticarət Komissiyasının sədri Endrü Ferqyuson, hərbi nazirin tədqiqat və işləmələr üzrə müavini və baş texniki direktor Emil Maykl, həmçinin Kadr Xidməti İdarəsinin direktoru Skott Kupor rəhbərlik edəcəklər.
Sentyabrın sonunda ABŞ prezidenti federal idarələri sənədlərdə “süni intellekt” terminini “superintellekt” ilə əvəz etməyə məcbur edib. Yeni təriflə bağlı təkliflər 60 gün ərzində hazırlanmalıdır, hələlik isə yeni ad həmin texnologiyaları ifadə edir.
Hüseyn İbadlı


