AZERFAX TV

Trampın qolf klubunun yaxınlığında silahlı şəxs saxlanıldı

Cənubi Kaliforniyada hüquq-mühafizə orqanlarının əməkdaşları “Trump National” qolf klubunun yaxınlığında silahlı kişini saxlayıblar.

AZERFAX.AZ xəbər verir ki, bu barədə CNN telekanalı Los-Anceles dairəsi Şerif İdarəsinin bəyanatına istinadən məlumat yayıb.

İdarənin məlumatına görə, federal agentlər qolf klubunun ərazisində olan şübhəli şəxs barədə məlumat veriblər, bundan sonra o saxlanılıb.

CNN-in federal hüquq-mühafizə orqanlarındakı mənbəyi bildirib ki, hazırda saxlanılan şəxsin ABŞ Prezidenti Donald Trampa sui-qəsd hazırladığına inanmaq üçün heç bir əsas yoxdur. Bununla belə, istintaq davam edir.

Qeyd olunub ki, bu gün Donald Tramp Respublikaçılar Milli Komitəsinin tədbirində iştirak etmək üçün Los-Ancelesə səfər etməyi planlaşdırır.

Polisin məlumatına görə, saxlanılan şəxs Dauni şəhərindən olan 38 yaşlı Cenin Con Teyldir.

Related Articles

Bir cavab yazın

Back to top button