AZERFAX TV
Vinisiusa ağır cəza verildi: “El klasiko”da olmayacaq

“Real Madrid”in hücumçusu Vinisius Junior 8-ci turda “Vilyarreal”a 1:0 hesabı ilə qalib gəldikləri oyunda qırmızı vərəqə aldığı üçün komandanın növbəti dörd La Liqa oyununu buraxacaq.
Vinisius rəqib oyunçu Natan-Dylan Salibanın saçından dartmışdı.
AZERFAX.AZ xəbər verir ki, braziliyalı “Barselona” ilə oyunu buraxacaq. Vinisius “Sevilya” (18 oktyabr), “Barselona” (25 oktyabr), “Rasinq” (1 noyabr) və “Valensiya” (7 noyabr) ilə liqa oyunlarında olmayacaq.
Bundan sonra milli fasilə başlayacaq, ona görə də braziliyalı 22 noyabrda “Selta Viqo” ilə oyuna qədər “Real”ın heyətində meydana çıxa bilməyəcək.



