AZERFAX TV

“Yunayted”in ulduzu DÇ-2026-dan sonra karyerasını bitirəcək

“Mançester Yunayted”in və Mərakeş millisinin cinah müdafiəçisi Nussair Mazraui futbolçu karyerasını vaxtından əvvəl başa vurmağı nəzərdən keçirir.

Publik.az xəbər verir ki, o, gələcək həyatını dinə həsr etmək istəyir. Bu barədə Goal.com məlumat yayıb.

“2026-cı il dünya çempionatından sonra karyeramı başa vura bilərəm. Həyat qısadır. Qurani-Kərimi öyrənmək və gələcəkdə məsciddə imam olmaq istəyərdim”, – deyə Mazraui bildirib.

28 yaşlı müdafiəçinin “Mançester Yunayted”lə müqaviləsi 2028-ci ilin yayına qədər qüvvədədir. Hazırda onun transfer dəyəri 18 milyon avro qiymətləndirilir.

Mazraui 2026-cı il dünya çempionatında Mərakeş millisinin keçirdiyi hər iki oyunda iştirak edib və ümumilikdə meydanda 170 dəqiqə olub.

Müəllif: Tural

Related Articles

Bir cavab yazın

Back to top button