1321 ildir turist qəbul edir

Yaponiyanın Yamanaşi bölgəsində yerləşən və eramızın 705-ci ilində fəaliyyətə başlayan “Nishiyama Onsen Keiunkan” mehmanxanası dünyanın ən qədim hoteli seçilib.
AZERFAX.AZ xarici mediaya istinadla xəbər verir ki, inşa olunduğu gündən bəri düz 1321 ildir fasiləsiz xidmət göstərən bu tarixi kompleks, nəsil dəyişikliklərinə baxmayaraq, hələ də eyni ailə tərəfindən uğurla idarə olunur. Fuji dağının yaxınlığında, birbaşa termal kaplıca qaynaqlarının üzərində inşa edilən otel müasir dövrdə də qonaqlarına təbii qaynaq suyundan fasiləsiz istifadə imkanı yaradır.
Əsrlər boyu baş verən müharibələrə, təbii fəlakətlərə və dağıntılara rəğmən öz ənənəvi arxitekturasını qoruyub saxlamağı bacaran tarixi məkan hər il minlərlə turist qəbul edir.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



