AZERFAX TV
Zelenski Azərbaycana təşəkkür etdi

Ukrayna Prezidenti Volodimir Zelenski ölkəsinin müstəqilliyinin 35-ci ildönümü münasibətilə Ukraynaya dəstək göstərən Azərbaycana və bir sıra digər ölkələrə təşəkkür edib.
AZERFAX.AZ xəbər verir ki, Zelenski “X” hesabında hər bir dəstək jestinin onlar üçün əhəmiyyətli olduğunu vurğulayıb və Ukraynanı xatırlayan ölkələrə minnətdarlığını bildirib.
Qeyd edək ki, Ukraynanın müstəqilliyinin 35-ci ildönümü münasibətilə Heydər Əliyev Mərkəzi bu ölkənin bayrağının rəngləri ilə işıqlandırılmışdı.



