12 yaşlı Həsən dayısı qızlarını dərsə belə aparır


Göyçay şəhər sakini, 8-ci sinif şagirdi Hüseynli Həsən əkiz dayısı qızlarını xüsusi hazırlanmış dördtəkərli velosiped vasitəsilə məktəbə aparıb gətirir.
AZERFAX.AZ AZERFAX.AZ-ın bölgə müxbirinə istinadən
verdiyi məlumata görə, rayonun şəhid Rauf İsayev küçəsində yaşayan bu ailənin övladları maraqlı təşəbbüs ilə seçilib. Bu addım sosial şəbəkələrdə, eləcə də rayon sakinləri arasında marağa səbəb olub.
12 yaşlı Həsən deyir ki, 3-cü sinifdə təhsil alan əkiz dayısı qızlarını qardaşı əvəzi olaraq heç zaman tək buraxmır. Məktəblilərin nənəsi Məmmədova Nəzakət Azay qızı isə bildirib ki, əkiz məktəbli bacıların atası bu velosipedi düzəldib və növbəli işdə çalışdığı üçün bibisi oğlu olan Həsən onları həftədə ən azı 2 dəfə məktəbə aparıb gətirir. Bacıların çantalarının ağır olduğundan ataları tərəfindən xüsusi düzəldilmiş bu velosiped onların işini asanlaşdırır.
Daha ətraflı videoda:



