Ölkə

ABŞ və İran razılığa gəldi

ABŞ və İran atəşkəsin müddətini uzatmaq barədə razılığa gəlib.

AZERFAX.AZ xəbər verir ki, bu barədə Pakistan hökumət mənbələri “Anadolu” agentliyinə bildiriblər. Məlumata görə, başa çatmaq üzrə olan atəşkəsin uzadılması ilə bağlı Vaşinqton və Tehran razılığa gəlib. Bununla belə, tərəflər atəşkəsin konkret olaraq nə qədər müddətə uzadılacağı barədə hələ yekun qərar verməyiblər. Vasitəçilik prosesinə yaxın mənbə bildirib ki, ABŞ və İran vasitəçilər vasitəsilə uzadılmaya razılıq verdiklərini çatdırıblar.

Qeyd edək ki, ABŞ və İsrailin İrana qarşı hücumları ilə başlayan müharibəyə son qoymaq məqsədilə Vaşinqton və Tehran İslamabad Sazişini imzalayıb.

Related Articles

Bir cavab yazın

Back to top button