Atam yanlış maddə ilə işdən çıxarılıb


Tanınmış poliqlot Aslan Məmədzadə Lənkəran Mərkəzi Xəstəxanasının İnsan resursları şöbsəinin müdiri Elbəy Fətəliyev barədə iddia səsləndirib.
AZERFAX.AZ xəbər verir ki, bu barədə Aslan Məmmədzadə sosial media hesabında məlumat yayıb.
O qeyd edib ki, atası 40 ildir ki, Lənkəran səhiyyəsində fəaliyyət göstərir, 2 il öncə 65 yaşı tamam olub, lakin xəstəxanada onun fəaliyyəti davam etdirilib:
“Atam müqavilə əsasında fəaliyyətini davam etdirdi. İki il ərzində rəhbərlik dəyişir və Elbəy Fətəliyev atama bildirir ki, qaydalar dəyişib. Atamın qarşısına şərtlər qoyur. Atam qəbul etmədikcə Elbəy Fətəliyev vəzifə səlaiyyətlərindən sui-istifadə edir. Atamın müqaviləsinə vaxtından əvvəl xitam verilib. Atam yanlış maddə ilə işdən çıxarılıb”.
Məsələ ilə bağlı TƏBİB-dən bildirilib ki, məsələ aidiyyəti üzrə araşdırılacaq və nəticə barədə məlumat veriləcək.
Daha ətraflı videoda:



