Ölkə
“Atletiko” derbisi ilə bağlı qərar verildi


İspaniya çempionatında “Atletiko Madrid” və “Real Madrid” arasında keçirilən derbidəki idarəçiliyi ilə gündəmə gələn hakim Ortis Arias cəzalandırılıb.
AZERFAX.AZ xəbər verir ki, Hakimlər Komitəsi referinin qarşılaşma zamanı verdiyi mübahisəli qərarları nəzərə alaraq onu ən azı növbəti iki turda matçlara təyin etməyəcək.
Qeyd edək ki, Madrid derbisində Ortis Ariasın bir sıra epizodlarla bağlı qərarları müzakirələrə səbəb olub. Xüsusilə bəzi qayda pozuntularına verilən reaksiyalar hər iki komandanın düşərgəsində narazılıq yaradıb. Qarşılaşmada “Atletiko Madrid” “Real Madrid”i 2:1 hesabı ilə məğlub edib.



