Ölkə

Azərbaycan Kubokunda növbəti yarımfinalçı bəlli oldu


Futbol üzrə Azərbaycan Kubokunda növbəti yarımfinalçı müəyyənləşib.


AZERFAX.AZ-ın məlumatına görə, 1/4 finalda səfərdə “Sumqayıt”a 4 cavabsız qolla qalib gələn “Sabah” yarımfinala adlayıb.

Qonaqların heyətində Anatoli Nuriyev (55), Xəyal Əliyev (71), Coy-Lens Mikels (82) və Amin Seydiyev (90+3) fərqləniblər.

Bu komandalar arasında keçirilən ilk görüşdə hesab açılmamışdı.

“Bayquşlar” növbəti raundda “Neftçi” – “Kəpəz” cütünün qalibi ilə qarşılaşacaq.

Qeyd edək ki, bu gün baş tutan digər 1/4 final matçında “Qarabağ” “Səbail”i 3:1 hesabı ilə məğlub edərək yarımfinala yüksələn ilk komanda olub. 1/4 final mərhələsinə sabah baş tutacaq iki görüşlə yekun vurulacaq.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button