Ölkə
Azərbaycan və Türkiyə iki dövlət, bir millətdir


Azərbaycan və Türkiyə iki dövlət, bir millətdir. Qardaşlıq əlaqələrimizi daha da gücləndirmək üçün “Turan Tovuz” klubu bizi Azərbaycana dəvət etdi. Dəvəti məmnuniyyətlə qəbul edərək buraya gəldik.
AZERFAX.AZ Azərtac-a istinadən xəbər verir ki, bu sözləri “Fənərbağça” komandasının baş məşqçisi İsmayıl Kartal deyib.
O, “Turan “Tovuz”la Bakıda keçirilən yoxlama görüşünü şərh edib: “2:0 hesabı ilə qalib gəldik. Bu oyunda qələbə qazanmaq və ya məğlub olmaq önəmli deyildi. Əsas olan əlaqələrimizi möhkəmləndirmək idi”.



