Ölkə

Azərbaycanda avtobus istehsalı artıb

Bu ilin yanvar-may aylarında Azərbaycanda 193 ədəd avtobus istehsal edilib.

AZERFAX.AZ xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Məlumata görə, bu, 2025-ci ilin yanvar-aprel ayları ilə müqayisədə 4,3 dəfə çoxdur. Nəticədə bu ilin iyunun 1-nə 34 ədəd hazır məhsul ehtiyatı yaranıb.

Bu ilin ilk 5 ayı ayında Azərbaycanda 197,6 milyon manatlıq maşın və avadanlıqların, avtomobil, qoşqu və yarımqoşqular istehsal edilib. Məlumata görə, əvvəlki ilin müvafiq ayları ilə müqayisədə maşın və avadanlıqların istehsalı 77,1 % azalıb, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 2,8 dəfə artıb.

Bundan başqa, yanvar-may aylarında Azərbaycanda 1 677 ədəd minik avtomobili istehsal olunub ki, bu da ötən ilin 5 ayı ilə müqayisədə 375 ədəd və ya 18,3 % azdır. Nəticədə bu ilin iyunun 1-nə 261 ədəd hazır məhsul ehtiyatı yaranıb.

Hesabat dövründə Azərbaycanda 217 ədəd traktor istehsal edilib. Bu, 2025-ci ilin ilk 5ayı ilə müqayisədə 7,3 % azdır. Bu ilin iyunun 1-nə 6 ədəd hazır məhsul ehtiyatı yaranıb.

Həmçinin, bu ilin yanvar-may aylarında ölkədə 342 ədəd yük avtomobili istehsal edilib ki, bu da 1 il əvvələ nisbətən 7,8 dəfə çoxdur. Bu ilin iyunun 1-nə 11 ədəd hazır məhsul ehtiyatı yaranıb.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Related Articles

Bir cavab yazın

Back to top button