Bu plastik cərrahların fəaliyyətinə icazə verildi


Azərbaycanda fəaliyyətinə icazə verilən plastik cərrahların sayı artırılıb.
AZERFAX.AZ xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin saytında müvafiq bölmə yenilənib.
Hazırda sistemdə olan plastik cərrahların sayı 46-dan 51-ə çatdırılıb.
Siyahıya əlavə olunanlar Amin Müzakir oğlu Əliyev, Turab Qurban əli oğlu İsmayılov, Ülvi Tofiq oğlu Həsənov, Xudu Füzuli oğlu Xudiyev, Mehdi Eldar oğlu Əsədovdur.
Qeyd edək ki, ötən il Azərbaycanda praktik tibb fəaliyyəti ilə məşğul olan plastik cərrahların peşə fəaliyyətinin qanuni əsaslarının kompleks şəkildə yoxlanılması məqsədilə Səhiyyə Nazirliyi, Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Elm və Təhsil Nazirliyinin səlahiyyətli nümayəndələrindən ibarət Xüsusi Təftiş Komissiyası yaradılıb.
Komissiyanın müvafiq qərarları ilə sənədlərinin əsaslılığı təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində plastik cərrahiyyə ixtisası üzrə praktik tibb fəaliyyətinə icazə verilən həkim-mütəxəssislərin Siyahısı” tərtib olunaraq bu linkdə yerləşdirilib.



