Bu şəhərdə yaşayanların lotereyada bəxti gətirir


İngiltərədə aparılan araşdırma lotereyada böyük məbləğ qazanmaq baxımından hansı bölgələrin daha şanslı olduğunu ortaya çıxarıb. Məlum olub ki, bəzi ərazilərdə yaşayanların uduş əldə etmək ehtimalı digərləri ilə müqayisədə daha yüksəkdir.
AZERFAX.AZ xarici mediaya istinadən xəbər verir ki, araşdırma zamanı İngiltərənin müxtəlif bölgələrinə aid minlərlə poçt kodu və lotereya nəticələri təhlil edilib. Nəticələrə əsasən, ölkənin ən şanslı şəhəri Blekpul seçilib.
Blekpulda hər 1000 poçt koduna düşən lotereya uduşlarının sayı digər ərazilərlə müqayisədə daha çox olub. Araşdırmada şəhər sakinlərinin lotereyada qalib gəlmək ehtimalının hətta küçədə həkimə rast gəlmək ehtimalından yüksək olduğu bildirilib.
Siyahıda Blekpuldan sonra Xarici Hebrid adaları ikinci, Şeffild, Kardiff və Mothervell isə müvafiq olaraq üçüncü, dördüncü və beşinci yerlərdə qərarlaşıb.
Araşdırma ölkənin ən şanssız bölgələrini də müəyyənləşdirib. Bu siyahıda Londonun müxtəlif hissələri üstünlük təşkil edib. Belə ki, ən şanssız 10 bölgədən 6-sının paytaxt ərazisində yerləşdiyi bildirilib.
Lotereya qaliblərinin hekayələri də diqqət çəkib. Onlardan biri ağır əməliyyatdan cəmi bir gün sonra 144 min funt sterlinq (təxminən 340 min AZN) qazandığını öyrənib. Digər qaliblər isə əldə etdikləri pulla erkən təqaüdə çıxıb, övladlarına maddi dəstək göstərib və ailəvi səyahətlərə yollanıblar.



