Ölkə
EIA-dan Azərbaycanın neft hasilatı proqnozunu açıqladı


ABŞ Energetika Nazirliyinin Enerji İnformasiya Administrasiyası (EIA) Azərbaycanın 2026-cı il üzrə gündəlik neft hasilatı proqnozunu dəyişməyib.
AZERFAX.AZ xəbər verir ki, EIA-nın oktyabr üzrə “Qısamüddətli enerji perspektivi” hesabatına əsasən, 2026-cı ildə Azərbaycanda neft hasilatının sutkada 550 min barel olacağı gözlənilir. Sentyabr proqnozu da eyni olub.
EIA üçüncü və dördüncü rüblər üzrə hasilatın sutkada 550 min barel təşkil edəcəyini proqnozlaşdırır. Ötən ay bu rüblər üçün göstərici 540 min barel idi.
2025-ci ildə Azərbaycanda maye karbohidrogenlərin hasilatı sutkada 570 min barel səviyyəsində olub.



