Ölkə

“Flydubai” İsrailə uçuşları 6 gün müddətinə dayandırır

BƏƏ-nin “Flydubai” aviaşirkəti İsrailə uçuşlarını müvəqqəti olaraq dayandırır.

AZERFAX.AZ xəbər verir ki, məlumata görə, qərar Təl-Əviv istiqamətində hərəkət edən təyyarədə qeydə alınan insidentdən sonra verilib. Oktyabrın 1-i səhər saatlarından etibarən “Flydubai”nin İsrailə reysləri altı gün müddətinə həyata keçirilməyəcək.

Araşdırma davam etdiyi müddətdə BƏƏ-dən Təl-Əvivə sərnişindaşıma İsrail aviaşirkətlərinin təyyarələri ilə təmin olunacaq. Eyni zamanda, reyslərdə təhlükəsizlik tədbirlərinin gücləndirilməsi nəzərdə tutulur.İsrailin 12-ci kanalının yaydığı məlumata əsasən, qərar BƏƏ Prezidenti Məhəmməd bin Zayed Al Nəhyanla razılaşdırılıb. Bildirilir ki, o, sentyabrın 30-da İsrailin Baş naziri Binyamin Netanyahu ilə telefon danışığı aparıb.

Related Articles

Bir cavab yazın

Back to top button